Sumqayıtda növbəti əmək yarmarkası təşkil olunub

613

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Abşeron-Xızı Regional Məşğulluq filialı tərəfindən növbəti əmək yarmarkası təşkil olunub.

Sumqayıtda keçirilən yarmarkada 21 işəgötürən iştirak edib. Ümumilikdə 817 vakansiyanın təqdim olunduğu aktiv məşğulluq tədbirində işsiz və işaxtaran şəxslərə iş yerlərinə dair tələblər barədə ətraflı məlumat verilib, müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.

Həmçinin yarmarkaya qatılan şəxslər Agentliyin aktiv məşğulluq istiqamətləri və müraciət qaydaları barədə də məlumatlandırılıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər