Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun növbəti səyyar görüşü keçirilib.
Görüşdə şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, şəhid ailələri, qazilər və şəhər sakinləri iştirak ediblər.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov sakinləri fərdi qaydada dinləyərək qaldırılan məsələlərin bir qismini yerindəcə həll edib, bəzi müraciətlərin isə araşdırılması və həlli məqsədi ilə müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verib.
Görüşdə iştirak edən sakinlər müraciətlərinə xüsusi həssaslıqla və diqqətlə yanaşıldığına görə öz minnətdarlıqlarını bildirdilər.
Müzakirə qapadılmışdır.