Sumqayıtda növbəti səyyar görüş keçirilib – Fotolar

1290

İyunun 10-da Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov təsdiq olunmuş qrafikə əsasən şəhərin 18-ci mikrorayon ərazisində səyyar qəbul keçirib.

Səyyar qəbulda aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edib. Vətəndaşların təklif, müraciət və şikayətləri şəhər rəhbəri tərəfindən dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq struktur rəhbərlərinə tapşırıqlar verilib.

Şəhər rəhbəri ilə görüşən sakinlər Sumqayıtda həyata keçirilən abadlıq- quruculuq və yenidənqurma işlərindən razılığını ifadə ediblər, onların müraciətlərinə xüsusi diqqətlə yanaşıldığına görə şəhər rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.

Qeyd olunub ki, Sumqayıt şəhərində davamlı olaraq vətəndaşlarla görüşlər keçirilir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin həll olunması üçün tədbirlər görülür.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər