Sumqayıtda növbəti səyyar qəbul – FOTO

1283

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun Sumqayıt şəhər sakinləri ilə növbəti səyyar qəbul-görüşü 6-cı mikrorayon ərazisində keçirilib.

Səyyar qəbulda şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və şəhər sakinləri iştirak edib.

Vurğulanıb ki, Sumqayıt şəhərində vətəndaşların problemlərinin araşdırılması və həll edilməsi daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə hər həftə səyyar qəbullar keçirilir. Görüşlərin keçirilməsində əsas məqsəd vətəndaşlarla birbaşa görüşmək, onların problemlərini müəyyən etmək və mümkün qədər qısa müddətdə həll etməkdir.

Sakinləri fərdi qaydada dinləyən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov qaldırılan məsələlərin operativ həlli üçün müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verib, müraciətlərin bir qismi isə yerindəcə həll edilib.

Şəhər rəhbəri ilə görüşən sakinlər Sumqayıtda aparılan abadlıq- quruculuq və yenidənqurma işlərindən razılıqlarını bildirib, müraciətlərinə göstərilən xüsusi diqqətə görə minnətdarlıqlarını bildiriblər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər