Sumqayıtda Novruz bayramı qeyd olundu – FOTOLAR

6616

Xalqımızın milli-mənəvi irsini, bolluğu, bərəkəti və xeyirxahlığı təcəssüm etdirən Novruz bayramı Sumqayıtda böyük təntənə ilə qeyd olunub.

Bayram tədbirində Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı Zakir Fərəcov, millət vəkilləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbləri, şəhər içtimaiyyəti iştirak edib.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhər sakinlərini təbrik edərək, bayram tonqalını alışdırıb.

Dədə Qorqud və bahar qızı xeyir-dua verərək, Novruz bayramının xalqımıza uğur, bol ruzi-bərəkət gətirməsini arzulayıb, milli geyimli uşaqlar meydanda rəqs ediblər.

Sonra Kimyaçılar Mədəniyyət sarayının foyesində Novruzun personajları olan Kosa və Keçəlin iştirakı ilə qədim xalq rəqsləri və oyunlar, idmançıların müxtəlif nömrələri mərasim iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Tədbir iştirakçıları xalqımızın əsrlər boyu qoruyub saxladığı milli-mənəvi dəyərləri özündə əks etdirən səhnələrə, qədim el-elat görüntülərinə, milli geyimlərimizin, mətbəximizin, xalq yaradıcılığının və sənətkarlığının ən gözəl nümunələrinə tamaşa ediblər.

Sonda bayram konserti keçirilib. Tədbirdə respublikanın tanınmış sənət ustaları, incəsənət xadimləri iştirak edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər