Sumqayıtda obyektdən 20 min manatlıq oğurluq edilib.
Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinə şəhər ərazisində yerləşən firmaların birinin istehsal sexindən 20 min manat dəyərində mis naqillərin oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Dilavər Qəhrəmanov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.