Sumqayıtda ofisdən içi dolu pul seyfi oğurlayan şəxs tutulub.
Trend-in Daxili İşlər Nazirliyinin internet saytına istinadən verdiyi məlumata görə, sentyabrın 9-da Mustafa Sərvəliyevə məxsus “Turan STŞ”-nin ofisindən içərisində 7000 manat olan seyf oğurlanıb.
Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Vüqar Məmmədovsaxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.