Sumqayıtda oğlu ilə mübahisə edən ana özünü bıçaqlayıb

1316

Sumqayıt şəhərində oğlu ilə mübahisə edən 46 yaşlı qadın özünü bıçaqlayaraq intihara cəhd edib.

“Report”un yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Qurd dərəsi bağlar massivində baş verib.

Belə ki, həmin ünvanda yaşayan 1972-ci il təvəllüdlü Rəhilə Qurbanova özünə bıçaqla çoxsaylı xəsarətlər yetirərək intihara cəhd edib. Rəhilə Qurbanova ağır vəziyyətdə yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib.

Yaralı qadın oğlundan şikayətçi olduğunu və ona görə intihara cəhd etdiyini deyib.

Faktla bağlı araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər