Sumqayıtda olan olayla bağlı…

3459

Hörmətli media! Bəzi media nümayəndələri Azərbaycanda olan ənənəvi şiə və sünnü təriqətlərinin qədimdən bəri bir-biri ilə olan xoş münasibətini bilirlər. Bu gün də bu xoş münasibət belə davam edir. Təəssüf edirik ki, bəzi radikal qruplar, xaricdən mailiyə dəstəyi alanlar, eyni zamanda dövlətimizin özündə yaşayaraq, xalqımızın içərisində olaraq dövlətimizə və xalqımıza xəyanət edən, əmin-amanlığı pozmağa çalışan maraqlı dairələr var. Allahın izni ilə də bunların qarşısı alınır və alınması olduqca vacib məsələdir.

Sumqayıtda baş verən hadisəni bəzi media orqanları sələfi təriqətinə mənsub şəxslərin törətdiklərini bildirirlər. Buna səbəb də var. Çünki sələfi təriqətində olduqlarını iddia edən bu ayrı-ayrı əmirciklər özlərini sələfi adlandırırlar. Sələfi əslində Allah Rəsulunun səlləllahu aleyhi və səlləmin yolu ilə gedənlər deməkdir. peyğəmbəri özlərinə nümunə, sələf götürən şəxslər deməkdir. Bu cür hallara yol verənlərin isə yolu ancaq fitnə-fəsad salmaq, hətta müsəlmanlar arasında belə qorxu yaratmaqdır. Demeli dovlet bascısını, dovlet idarelerinde calısanları ozlerinden gormeyen bu emircıkler xevaricler ve muselmanlara kafir deyən tekfircilerdir.  Sumqayıtda baю verən hadisəni bezi media orqanları elə qələmə veriblər ki, guya dinc sələfilərlə xəvariclər ve tekfircilər arasında insident yaşanıb.

Ancaq dəqiqləşdirdik ki, ümumiyyətlə sələfilərin bu məsələ ilə bağlı yaxından ve uzaqdan əlaqələri yoxdur. Bir birilərinə silah qaldıran təkfirci, xəvaric fikirli şəxslər isə biri başçı olmaq arzusunda, əmr olmaq iddiasında olan, digər əmiri özünə əmir götürməyən və onun fikri ilə razı olmayan şəxslərdir. Yəni, əslində baş  verən hadəsə iki quruplaşma arasında olub. Ara yerdə isə sələfilərin adı hallandırlır və nadanlar sələf adını özlərinə yamaq edərək müsəlmanlar arasında mənfi fikir formalaşdırırlar. Çox şükür ki, Allah təala belələrini müsəlmanların arasından təmizləyir.

Əsl sələfilər onlardan və onların əməllərindən çox uzaqdırlar. Bu gün Azərbaycanda  dövlətlərarası münasibətlərdə hüquqi normalara uyğun olaraq bizim dövlətlərlə digər dövlətlər arasında bağlanan müxtəlif müqavilələr var. Bu müqavilələrdən biri də bizim dövlətimizin ərəb dövlətləri ilə olan elm mübadilələridir. Bununla əlaqədar olaraq bizim vətənimizdə islam dinini düzgün istiqamətdə, etibarlı mənbələrə əsasən öyrənən elm tələbələri vardır.

Bunlar Mədinə Beynəlxalq İslam Universitetinin məzunlarıdır. Onların Azərbaycana təhsil alıb gəlişindən sonra vətəndaşlarımız islam dinini doğru əqidə əsasında öyrənmişlər. Çünki burada məhz əsas nəzərə alınan doğruluq da ondan ibarətdir ki, salamat mənhəcdə, əqidədə olan Mədinə tələbələri insanlara öyrədirlər ki, hamılıqla yaşadığınız dövlətin başçısına qarşı çıxmayın. Ümumi əhalini nəzərə alın. Bizim qədimdən qalan adət-ənənələrimizə, məzhəblərarası münasibətlərimizə zərər vuracaq hər hansısa bir təbliğata yol verməyin. Bunun üçün xüsusi olaraq Əbu Bəkr məscidinin böyük rolu olmuşdur.

Çünki həmin məsciddə dövlətə və dövlətçiliyimizə qarşı olan bütün təxribatçı fikirlər pislənilirdi. Hakimə və hakimiyyətə qarşı baş qaldırmağın islamda olmayan bir anlayış olduğu vurğulanırdı. Bu səbəbdən radikal qüvvələr məsciddə terror hərərkatını həyata keçirdilər. Buna baxmayaraq bu gün də Mədinə tələbələri elmlə, düzgün istiqamətdə hakimiyyətə qarşı hörmət hisslərini aşılayaraq insanlara, digər məzhəbdən olanlara xoş münasibət bəslənməsini öyrədirlər. Teessuf edirik ki, bəzi kimliyi bəlli olmayan, müəyyən müddət Suiyada, İraqda,basqa ereb olkelerinde qeyri enenevi teriqetlerden ve turme alimlerinden guya ders alıb gelen, terror sebekelerine qosulub nəsə ərəbcə danışa bilən, elmi, biliyi olmayan, insanları bizim adət-ənənələrimizə, dövlətçiliyimizə qarşı qaldırmağa cəhd edən insanlar var. Bunlar cəmiyət arasında, müsəlmanlar arasında hərci-mərclik salırlar, məscidlərə gəlib müsəlmanlara qarşı aqressivlik nümayiş etdirilər.

Artıq demək olar ki, bir çox məscidləri ələ keçirməyə belə nail ola biliblər. Artıq hamıya məlum olduğu kimi Müsffiqabad məscidi və içəri şəhərdə olan Ləzgi məscidi də onlarla dolub-daşmışdır. Bunların fitnə salması nəticəsində Ləzgi məscidində dərslərin keçirilməsinə də qadağalar qoyublar. Onların sebeb olması ile mescidlerimiz de baglanmaq tehlukesine meruz qalmısdır. Edaletli Media bu meselelerde hessas ve diqqet etmelidir ki, ozlerine selefi adı verib texribatla mesgul olanları, hakimi ve hakimiyyeti pisleyenleri diger selefi muselmanlarla sehv salmasınlar. Cünki islam dininə görə ölkə başçısına qarşı çıxmaq haramdır, böyük günahlardan hesab olunur.

İnsana zererden basqa bir faydası yoxdur. İslam dininde normalar beynelxalq dovletlerarası qebul olunan elaqelere ve munsaibetlere soykenir. İslamda tekfir ve kimise dinden cıxarmaq izni yalnız ozune vehy gelen sexse ve peygembere aiddir. Bir muselmanın diger muselmanı tekfir etmesi boyuk tehlukedir. Sumqayıtda da umumi muselmanları tekfir edenler arasında mubahise dusub. Cunki bu cur tekfirciler Sumqayıtda coxluq teskil edirler. Hetta ozlerini bir nece emirliye ayırıblar. Bu emirciklerden birinin de hansısa bir meselede digeri ile eyni fikirde olmaması silaha el atmalarına sebeb olub. Bunu da istıntaq mueyyen edecekdir. Allah teala biizm xalqımızı, dovletimizi, milletimizi daima emin-aman ve bir-biri ile mehriban etsin. Amin!

Əkrəm Həsənov, İlahiyyatcı

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər