Sumqayıtda “Öldür məni, canciyər”

399
Sumqayıt Dövlət Dram Teatrının repertuarında önəmli yer tutan tamaşalardan “Öldür məni, canciyər” qara komediyası aprelin 20-i saat 18⁰⁰-da görüşünüzə gəlir.
sumqayitxeber.com xəbər verir ki, Türkiyə yazıçısı Əziz Nesinin eyniadlı əsərinə Xalq artisti Firudin Məhərrəmov quruluş verib.
Əməkdar artistlər İlahə Səfərova, Növrəstə Həşimova, aktyor Mətləb Səfərli mükəmməl oyun tərzi, dürüst improvizələri ilə tamaşaçıları heyrətləndirəcəklər. Tamaşanın musiqi tərtibatı da Firudin Məhərrəmova məxsusdur. Quruluşçu rəssam Nabat Səmədovadır.
Əziz tamaşaçılar, siz bir saat ərzində tamaşa boyunca anlaşılmaz situasiyadan doğan əyləncəli hadisələri izləyib ürəkdən güləcəksiniz.
Biletlər teatrın kassasında satılır.
Ətraflı məlumat üçün: (+99455) 449-42-12

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər