Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Sumqayıt Şəhər Polis İdarəsindən AZƏRTAC-a verilən məlumata görə, hadisə şəhərin 13-cü mikrorayon ərazisində qeydə alınıb. Belə ki, həmin ərazidə yolu keçmək istəyən 1984-cü il təvəllüdlü Vəliyev Seymur Möhtərəm oğlunu avtomobil vurub.
Onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.