Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

1159

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, qəza ötən gün gecə saatlarında şəhərin Hacı Zeynalabdin qəsəbəsinin yaxınlığında qeydə alınıb. Belə ki, hərəkətdə olan minik vasitəsinin xanım sürücüsü güclü külək səbəbindən idarəetməni itirərək avtomobili yol kənarına aşırıb. Qəza nəticəsində avtomobildə olan sürücünün anası, 1951-ci il təvəllüdlü Qasımova Gülyaz Savalan qızı ağır bədən xəsarətləri alaraq Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, G.Qasımova bu gün səhər saatlarında xəstəxanada ölüb.

Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər