Sumqayıtda on beş il əvvəl törədilən qətlin üstü açılıb

1454

Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən birgə həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində əvvəlki illərdən bağlı qalan daha bir qəsdən adamöldürmə cinayətinin üstü açılıb.

Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, 2008-ci ilin oktyabrın 28-də Sumqayıt şəhər sakini 1972-ci il təvəllüdlü Tünzalə Kərimovanın qəsdən öldürülməsi faktına görə başlanmış cinayət işi üzrə Sumqayıt Şəhər Polis İdarəsinin və Şəhər Prokurorluğunun əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış və istintaq hərəkətləri ilə qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 1978-ci il təvəllüdlü Ərəstun Zülfüqarov tutularaq istintaqa təhvil verilib. Saxlanılarkən ondan bir ədəd səs boğucu “Baykal” markalı tapança, həmin silaha aid 176 ədəd patron və bir büküm heroin aşkar olunaraq götürülüb.

Cinayət işi üzrə əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri davam etdirilir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər