Sumqayıtda onmərtəbəli yaşayış binasında yanğın olub

Sumqayıtda onmərtəbəli yaşayış binasında yanğın olub

726

Sumqayıtda yaşayış binasında yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, şəhərdə onmərtəbəli yaşayış binasının 1-ci və 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 1050 kvadratmetr olan mağazanın anbarında karton taralar, taxta altlıqlar 10 kvadratmetr sahədə, mağazanın 2-ci mərtəbəsində 2 ədəd pəncərə çərçivəsi, ərzaq malları 50 kvadratmetr sahədə və 4 ədəd kondisioner yanıb.

Yüksək temperaturdan qonşu binanın 1-ci və 2-ci mərtəbəsində plastikdən ibarət 2 ədəd pəncərə çərçivəsi qarsalanıb.

Mağazanın qalan hissəsi və yaşayış binası yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər