Sumqayıt şəhərində intihara cəhdin qarşısı alınıb.
“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, 8-ci mikrorayon, ev 29/19, məzil 103-də yaşayan 1987-ci il təvəllüdlü Xudaverdiyev Rasim Məhəmməd oğlu özünü asaraq intihara cəhd edib.
Yaxınlarının köməkliyi ilə o, xilas edilərək Təcili Tibbi Yardım Xəstəxanasının zədə məntəqəsinə çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.