Sumqayıtda parkda oğlanla tanış olan 15 yaşlı qız evə qayıtdı – TƏFFƏRRÜAT

2662

ötən gün “Bizimləsən” proqramına müraciət edən Siruz adlı şəxs Sevinc adlı xanımı axtardığını bildirib. O, qızla parkda tanış olduğunu deyib. Sevinc ağlayaraq evdə problemlərinin olduğunu və evdən qaçdığını bildirib. Siruz adlı gənc həmin qıza yardım etmək məqsədi ilə ev tutub və bir ay ona kömək edib.

Bu gün efirə qoşulan Sevinc anasının evində olduğunu deyib:

” Hazırda 15 yaşım var. Artıq bir evdə gəlin sayılıram. Siruzun mənim üçün narahat olduğunu bilirəm”.
Anası Telli xanım isə telefon bağlantısı ilə efirə qoşularaq kömək istəyib:

“Hansı valideyn istəyər ki, 15 yaşlı qızı dərsdən yayınsın ailə qursun? Uşağım dərs istəmədi mən nə etməli idim? Mən onun həmişə hüquqlarını qorumuşam. Sevinci psixoloq yanına da aparmışam. Qohumlarımdan,qonşularımdan, məktəbdən hər kəsdən maraqlana bilərsiniz ki, mən laqeyd valideyn olmamışam. Biraz ərköyün böyüyən qızdır. Ona görə məni dinləmir, məni başa düşmür. Bəlkə də mən günahkaram. Amma sizdən xaiş edirəm ki, mənim qızıma bir psixoloq yardımı edəsiniz”.

Sumqayıtda parkda oğlanla tanış olan 15 yaşlı qız evə qayıtdı - ŞOK TƏFFƏRRÜAT

Sumqayıtda parkda oğlanla tanış olan 15 yaşlı qız evə qayıtdı - ŞOK TƏFFƏRRÜAT

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər