Sumqayıtda parkı kim məhv edib?

999

Bu gün səhər saatlarında Sumqayıt şəhəri, Azərbaycan küçəsində C.Cabbarlı adına Mədəniyyət Evinin qarşısındakı parkda onlarla yaşı 40-50 il olan zeytun və şam ağacları kəsilib, beləliklə demək olar ki, bir park məhv edilib.

Hadisə ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinin Başçısı Eldar Əzizov və Sumqayıt Şəhər Polis İdarəsinini rəisi, general- mayor Sahib Mirzəyev əraziyə baş çəkib.  Sumqayıtın icra başçısı ərazidə ağacların kəsilməsinə sərt reaksiya verib.  Sitat: “İlkin məlumatlara görə, bu Moskvada olan bir iş adamının tapşırığı ilə olub.  Bunu edənlər polis tərəfindən saxlanılıb, izahatlar götürülüb. Əlbəttə ki, qanun çərçivəsində bunlar cəzalarını alacaqlar… Bu olmamalıydı, amma olub, tədbir də görüləcək. Hələlik bərpa işlərinə başlamışıq”.

Son məlumata görə Sumqayıt şəhər Yaşıllaşdırma İdarəsinin əraziyə nəzarət funksiyalarını həyata keçirən müavini işdən kənarlaşdırılaraq saxlanılıb. İcra hakimiyyəti başçısının göstərişi ilə müvafiq komissiya yaradılıb və hazırda məsələ araşdırılır.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Məhəmməd
    Aprel 16, 2013 - 16:07

    Ağaclar kəsilən parkın bir tərəfində şəhər prokurorluğu, digər tərəfində İnzibati İqtisad Məhkəməsi yerləşir.icra hakiməyəti icazə verməsə həmin yerdə iki daşı üst-üstə heç kim qoya bilməz. nəinki kimsə orda icazəsiz ağac kəsə. Səs-küy çıxandan sonra hamı boynundan atır. Şəhərin memarı Uşaq xəstəxanasının yanında yolun içində üç mərtəbəli binanın tikintisinə necə razəlıq verib. Yoxsa o boyda binada qanunsuz tikilir? Əgər belədirsə rəhbərlik hara baxır?

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər