Sumqayıtda Peşə təhsili alan gənclərlə görüş keçirilib

884

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşəbbüsü ilə şəhərdə fəaliyyət göstərən Sənaye və Yüksək Texnologiyalar həmçinin Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzlərində işgüzar müstəvidə görüş keçirilib. Görüşün keçirilməsində məqsəd “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramın müvafiq bəndlərinə uyğun olaraq gənclərlə peşəyönümü işinin gücləndirilməsi, onların əmək bazarında daha çox tələb olunan peşə və ixtisaslar haqqında məlumatlandırılması, peşə məsləhətləri və karyera inkişafı kimi sahələrdə işin genişləndirilməsi olmuşdur.Görüş zamanı bu istiqamətlər üzrəeyni zamanda birgə əməkdaşlıq çərçivəsində keçiriləcək tədbirlərmüzakirə olunmuş və müvafiq planın hazırlanması barədə danışıqlar aparılmışdır.

Daha sonra Təhsil Mərkəzlərinin auditoriyalarındagənclərlə söhbətlər aparılmış, onları maraqlandıran suallar cavablandırılmışdır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər