Sumqayıtda pirotexniki vasitələr satılan anbarın sahibi saxlanıldı

787

Sumqayıt şəhər və Qaradağ rayon polis idarələrinin əməkdaşları tərəfindən partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində birgə tədbir keçirilib.

Tədbir zamanı Sumqayıt şəhəri ərazisində pirotexniki vasitələrin satışını həyata keçirən 1 nəfər şəhər sakini müəyyən olunaraq saxlanılıb.

Ona məxsus anbardan ümumilikdə 10 min ədəddən çox yüksək səs effekləri ilə təchiz olunan müxtəlif növ pirotexniki vasitələr aşkar edilib. Sumqayıt ŞPİ-də araşdırmalar davam etdirilir.

Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, pirotexniki vasitələr insanların həyat və sağlamlığı, o cümlədən ətraf mühit üçün ciddi təhlükə mənbəyidir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər