Sumqayıtda piyadanı avtomobillə vuran sürücü qaçıb

1171

Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, qəza axşam saatlarında şəhərin Ağa Quliyev küçəsində qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən piyada – 1966-cı il təvəllüdlü Sədiqə Əhmədovanı naməlum avtomobil vuraraq hadisə yerindən qaçıb. Xəsarət alan piyada təcili tibbi tardım maşını ilə xəstəxanaya aparılıb və ona tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər