Sumqayıtda avtomobil piyadanı vuraraq qaçıb.
“Report” bildirir ki, hadisə şəhərin H.Z.Tağıyev qəsəbəsində baş verib.
Belə ki, qəsəbə sakini 1970-ci il təvəllüdlü Mehman İkram oğlu Hüseynov yaşadığı ərazidə yolu keçmək istəyərkən naməlum avtomobil tərəfindən vurulub. Yaralı Sumqayıt şəhər TTYX-a çatdırılıb.
Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Qəzadan sonra sürücü hadisə yerini tərk edib. Faktla bağlı araşdırma aparılır.