Sumqayıtda pulsuz hüquqi yardım göstəriləcək

908

“İctimai Maraqlar Naminə Vətəndaş Təşəbbüsü” İctimai Birliyi Sumqayıt şəhərində və ətraf qəsəbələrdə məskunlaşan qaçqın və məcburi köçkünlərin, müharibə əlillərinin və şəhid ailələrinin hüquqlarının və qanuni maraqlarının səmərəli müdafiəsinin təşkili layihəsinin icrasına başlamışdır. Bu barədə məlumatı sumqayitxber.com saytına “İctimai Maraqlar Naminə Vətəndaş Təşəbbüsü” İctimai Birliyinin prezidenti Anar Elmanoğlu verib.

Qeyd edək ki, sözü gedən layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və “Qaradağ Sement” Açıq Səhmdar Cəmiyyətinin sosial tərəfdaşlıq proqramı çərçivəsində elan etdiyi birgə maliyyə yardımı müsabiqəsinin qalibi olmuş və maliyələşdirilmişdir.

Layihənin icrası dövründə, 4 ay müddətində aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub:
– Sumqayıt şəhəri və ətraf qəsəbələrdə məskunlaşan qaçqın və məcburi köçkünlər arasında sorğu keçiriləcək;

– Sumqayıt şəhərində və ətraf qəsəbələrdə məskunlaşan qaçqın və məcburi köçkünlərə, müharibə əlillərinə, şəhid ailələrinə, əsir və itkin düşən şəxslərin ailələrinə pulsuz hüquqi məsləhət və yardım xidməti göstəriləcək;

– Sumqayıt şəhəri və ətraf qəsəbələrdə qaçqın və məcburi köçkünlərin məskunlaşdığı yataqxana və digər ictimai, inzibati binalarda pulsuz məsləhət və yardım xidməti təşkil olunacaq;

– Münaqişədən zərərçəkmiş vətəndaşların, qaçqın və məcburi köçkünlərin mülkiyyət hüquqları yerli məhkəmələrdə müdafiə olunacaq. Onların Ermənistana qarşı olan iddiaları daha ciddi araşdırılacaq və belə işlərdən məhkəmə perspektivi olan strateji işlər Avropa İnsan Hüquqları Məhkəməsinə təqdim olunması üçün hazırlanaraq AİHM-ə göndəriləcək.

Məlumat üçün bildirək ki, “İctimai Maraqlar Naminə Vətəndaş Təşəbbüsü” İctimai Birliyi 31oktyabr 2006-cı ildə təsis olunub və 25 may 2007-ci ildə Ədliyyə Nazirliyində qeydə alınıb.Birliyin əsas fəaliyyət istiqaməti (missiyası) demokratiya və vətəndaş cəmiyyətinin inkişafı, hüquqi maarifçilik, insan hüquqlarının müdafiəsi, başlıca məqsədi isə, ictimai əhəmiyyətli qərarların qəbulu prosesində vətəndaşların, kütləvi informasiya vasitələrinin daha fəal iştirakına, insan hüquqlarının müdafiəsinə, demokratiyanın inkişafına və qanunun aliliyinə xidmət edən faydalı təşəbbüslərin həyata keçirilməsinə, dövlət və yerli özünüidarəetmə orqanlarına, qeyri-hökumət təşki¬lat¬¬larına və digər vətəndaş cəmiyyəti qurumlarına bu məqsədlərə xidmət edən faydalı təşəbbüslərin həyata keçirilməsində yardımçı olmaqdır. Birliyin rəhbəri vəkil Anar Qasımovdur.

Sumqayıt şəhərində və ətraf qəsəbələrdə məskunlaşan qaçqın və məcburi köçkünlər, müharibə əlilləri və şəhid ailələri hüquqi problemlərlə bağlı şənbə, bazar günləri istisna olmaqla hər gün saat 09:00-dan 18:00-dək bu ünvana müraciət edə bilərlər:

Sumqayıt şəhəri, 9-cu mkr-n, bina 53a, (Sumqayıt şəhər məhkəməsinin yanı).

Telefonlar 070 388 47 26, 055 707 86 24
e-mail: imvt2006@gmail.com

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər