Sumqayıt şəhərində döyülmə hadisəsi baş verib.
“Report”un yerli bürosunun məlumatına görə, 1971-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Ədilova Sevinc Şəmsəddin qızı 42-ci məhəllədə məlum şəxslər tərəfindən döyülüb.
Qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.