Potensial Sumqayıt Mütəxəssislər Birliyi may ayından Norveç Krallığının Azərbaycandakı səfirliyinin dəstəyi ilə “Qadınlara qarşı ailədaxili zorakılıqların aradan qaldırılması məqsədi ilə maarifləndirmə tədbirlərinin həyata keçirilməsi” layihəsinin icrasına başlayıb. Bu barədə sumqayitxeber.com saytına layihənin kordinatoru Feyruz Şivəxanov məlumat verib.
Layihə çərçivəsində ilk təlim iyunun 17-də Sumqayıt şəhərinin 39 saylı orta məktəbinin müəllimlərinə keçirilmişdir. Təlimdə məktəbin 19 müəllimi iştirak edirdi. Təlimin əsas məqsədi Ailə qanunvericiliyi və qadın hüquqlarının qorunmasına daha səmərəli xidmət edən qanunvericilik aktları barədə hüquqi maarifləndirmə tədbirlləri həyata keçirməklə qadınların hüquqi bilgilərinin və məlumatlığının artmasına nail olmaq və beləliklə də, qadınlara qarşı zorakılıq və ayrı seçkilik hallarının, xüsusiilə də ailədaxili zorakılıq hallarının aradan qaldırılmasına nail olmaqdır.
Təlim zamanı Qadınların hansı hüquqları var? (Beyin hücumu)
Azərbaycan Qanunvericiliyində qadın hüquqları
Ailə qanunvericiliyinin əsas mahiyyəti
Ailə hüquqlarının həyata keçirilməsi və ailə vəzifələrinin yerinə yetirilməsi
Ər-arvadın birgə mülkiyyəti
Nikah müqaviləsi
Ər-arvadın məsuliyyəti və s. məsələlər ətraflı müzakirə olundu. “Elçilik və Nikah müqaviləsinin şərtlərinin müzakirəsi” qrup oyunu təlimdə müzakirə olunan mövzulardan iştirakçıların nə səviyyədə bəhrələndiyini göstərdi. Ümumiyyətlə, bütün iştirakçılar təlim zamanı çox həvəslə müzakirə olunan mövzuya dair fikirlərini bölüşür, Ailə qanunvericiliyi barədə daha çox bilgi əldə etməyə çalışırdılar.
Təlimin sonunda təlim mövzusu, təlimin işi ilə bağlı iştirakçıların rəyi dinlənildi. İştirakçılar mövzunun aktuallığını və əhmiyyətini xüsusi ilə yüksək qiymətləndirərək bu mövzuda təlimlərin davamlı olmasının vacibliyini qeyd etdilər.
Qeyd edək ki, Potensial Sumqayıt Mütəxəssislər Birliyi 1998-ci ildə yaradılmış, 27 may 2000-ci ildə müstəqil qeyri hökumət təkilatı kimi Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. 1999-cu ilin oktyabr ayından Böyük Britaniyanın OXFAM Humanitar Təşkilatının dəstəyi ilə Sumqayıtda pulsuz hüquqi yardım mərkəzi təşkil etməklə fəaliyyətə başlayan təşkilat ötən müddətdə müxtəlif beynəlxalq təşkilatların (ОXFAM Bеynəlхalq Humanitar Təşkilatının, “Avrasiya” Fоndunun, ABŞ Səfirliyinin Dеmоkratiya Kоmissiyasının, BMT QAK-ın, Nоrvеç Qaçqınlar Şurasının, ACI-YF Budapeşt ofisinin, “Dünyaya baхış” Bеynəlхalq Humanitar Təşkilatının, Nоrvеç səfirliyinin, Açıq Cəmiyyət İnstitutunun, Counterpart İnternational təşkilatının, BMT Əhali Fondunun) dəstəyi ilə 24 layihə icra etmişdir.