Yanvarın 18-nə keçən gecə Sumqayıt şəhərində bir nəfərin intihara cəhd etməsi barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, gənc qadın özünü yaşadığı mənzilin eyvanından atmaqla intihar etmək istəyib. Xilasedicilər qadının yaxınlarının köməkliyi ilə mənzilə daxil olub, onunla müvafiq danışıqlar aparıb və bu zaman yaranmış əlverişli şəraitdən istifadə edərək intiharın qarşısını alınıb.
Xilasetmə əməliyyatı saat 02:22-də başa çatıb.