Sumqayıtda xuliqanlıq hadisəsi baş verib.
Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, 4-cü məhəllənin ərazisindəki “Konditer” qənnadı evində qadın qadını bıçaqlayıb. Belə ki, orada satıcı işləyən, 1986-cı il təvəllüdlü Məhərrəmova Kifayət Məhərrəm qızı xuliqanlıq zəminində, 4-cü məhəllə ev 19/25 mənzil 4-də yaşayan, 1987-ci il doğumlu Hüseynova Firuzə Şamil qızını bıçaqlayıb.
Əlindən xəsarət almış 23 yaşlı qız xəstəxanaya gətirilib.
Faktla bağlı araşdırmalar aparılır.
Ölmədik belə xəbəri də oxuduq…