Sumqayıtda qadın qolunu şüşə parçası ilə kəsdi

744

Sumqayıt şəhərində qonşular arasında dava intihara cəhdlə bitib.

report.az-a xəbər verir ki, hadisə şəhərin 42-ci məhəlləsində baş verib.

Belə ki, Sumqayıt şəhər sakinləri, 1980-cı il təvəllüdlü Ağamalıyeva Tünzalə Piriş qızı ilə qonşusu, 1980-cı il təvəllüdlü Bayramova Aytəkin Mayıl qızı arasına münaqişə baş verib.

Nəticədə Ağamalıyeva Tünzalə əsəbiləşib və yaşadıqları yataqxananın dəhlizində qolunu şüşə parçası ilə kəsərək intihara cəhd edib.

Yaralı dərhal xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər