Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, DİN İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhər sakini Arzu Əbilovanın gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etməsi müəyyən edilib.
Artıq Əbilova həbs edilərək saxlanılıb. Faktla bağlı araşdırma aparılır, cinayət işi açılıb.