Sumqayıtda “Qalib ölkənin, qalib əsgəri” adlı anım tədbiri keçirilib

792
Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Sumqayıt Şəhərinin Tarixi Muzeyi və Şəhər Mədəniyyət Evinin birgə təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsinin Sumqayıtlı şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin əsgəri şəhid Səbuhi Həsənquliyevin xatirəsinə həsr olunmuş “Qalib ölkənin, qalib əsgəri” adlı anım tədbiri keçirilib. Şəhid Şəbuhi Həsənquliyevə həsr olunmuş tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Aparıcılar Mətanət Əvəzli, Adil Səfərov şəhidin həyatı və döyüş yolu haqqında geniş məlumat verdikdən sonra, Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin əməkdaşları Bayram Cəfərli, “Şəhid Analarına Dəstək” İctimai Birliyinin sədri şəhid Əbdülməcid Axundovun anası Ceyran Həsənova, Sumqayıt Cümə Məscidinin axundu Hacı Rauf Sərdərov, muzeyin əməkdaşı Zülfiyyə Fətəliyeva, şairə Lilpar Cəmşidqızı çıxış edərək, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində qəhrəman oğullarımızın şəhidlərimizin intiqamını aldığını və 30 il həsrətində olduğu Qarabağ torpaqlarında Azərbaycan Bayrağını sancdıqlarını vurğulayıblar.
Şəhidin qısa və şərəfli ömür yolundan bəhs edən videoçarx təqdim edilib, “Ana və şəhid oğlu” adlı kompozisiya (Ana- Turanə Vəliyeva, oğul- Əli Hüseynov) nümayiş olunub. Müğənnilər Anar Bayramov, Əli Əzizoğlu vətənpərvərlik mövzusinda musiqilər ifa ediblər.
Tədbirdə şəhid ailələri, qazilər və şəhər ictimaiyyəti iştirak edib.
Sonda şəhid Səbuhi Həsənquliyevin anası Maisə xanım tədbir iştirakçıları ilə oğlu haqqında xatirələrini bölüşüb, göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər