Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Sumqayıt şəhəri Corat qəsəbə sakinləri S.Əliyev və N.Mehdiyevanın evinin arxasındakı meyvə ağaclarının qırılması və ərazidən külli miqdarda qum daşınması ilə əlaqədar daxil olmuş şikayət məktubu Nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən araşdırılmışdır.
Araşdırma zamanı S.Əliyev tərəfindən 640 m3, N.Mehdiyeva tərəfindən isə 74,8 m3 qumun onlara məxsus olan ərazidən heç bir hüquqi sənəd olmadan daşınmasını təşkil etmələri faktı aşkar olunmuşdur.
Aşkar olunmuş faktla əlaqədar protokol tərtib olunmuş, İnzibati Xətalar Məcəlləsinin 35.2, 113.1.1 maddələrini pozduqlarına görə fiziki şəxs qismində S.Əliyev və N.Mehdiyeva hər biri 600 manat məbləğində cərimə edilmişlər.
Eyni zamanda təbiətə dəymiş ziyana görə S.Əliyevə qarşı 3520 manat, N.Mehdiyevaya qarşı isə 411 manat məbləğində iddia qaldırılmışdır.
Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən aparılan araşdırma zamanı ərazidə ağac kəsilməsi faktı isə aşkar olunmamışdır.
Sumqayıtda qanunsuz qum daşıyanlar cərimələnib
•
847