Sumqayıtda qazilərlə görüşlər davam edir – FOTOLAR

1473

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlər zamanı yaralanmış Vətən müharibəsinin qaziləri ölkənin hər yerində olduğu kimi Sumqayıt şəhərində də diqqət mərkəzində saxlanılır. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun tapşırığı ilə Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailələri və müharibədə yaralanmış qazilərlə bağlı işçi qrup fəaliyyət göstərir.

Sumqayıt şəhər İcra Hakimiyyətinin əməkdaşları növbəti dəfə Vətən müharibəsində yaralanmış qazilərimizin evlərində olub, onların qayğıları, səhhəti, müalicələrinin gedişi ilə maraqlanıb, qazi ailələrinə ərzaq və maddi yardımlar çatdırılıb.Onlar qaziləri düşmən üzərində qazanılan tarixi qələbə münasibətilə təbrik edib, müzəffər ordumuzun torpaqlarımızın azadlığı uğrunda göstərdiyi şücaətin əsl qəhrəmanlıq salnaməsi olduğunu diqqətə çatdırıblar. Görüşdə qaldırılan məsələlər yerindəcə həll olunub.

Görüşdə dövlətimizin şəhid ailələrinə və vətən uğrunda sağlamlığını itirmiş şəxslərə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edən qazilərimiz qələbəyə xalqımızın birliyinin və həmrəyliyinin sayəsində nail olduğumuzu diqqətə çatdırıblar.
Qazilər və ailələri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər