Sumqayıt şəhərində şəhid ailələri və qazilər diqqət mərkəzində saxlanılır.
Mütəmadi olaraq şəhid ailələrinin üzvləri və qazilərlə görüşülür, onların qayğıları ilə maraqlanılır.
Sumqayıt şəhərində şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin məşğulluğuna və sosial problemlərinin həllinə dəstək olmaq məqsədi ilə Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Əlaqələndirmə Mərkəzi yaradılıb. Bu məqsədlə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov sərəncam imzalayıb.
Əlaqələndirmə mərkəzinin üzvləri qazilərimiz – Ceyhun Əhmədov, Xəzər Abdullayev və Elşən Fərzəliyevlə görüşüblər. Qazilərimizin sosial vəziyyəti, səhətləri ilə maraqlanılıb, ehtiyacları öyrənilib.
Əlaqələndirmə mərkəzinin üzvləri qazi Ceyhun Məlikşah oğlu Əhmədova elektron əlil arabası təqdim ediblər.
Qeyd edək ki, Sumqayıt və onun qəsəbələri ərazisində qeydiyyatda olan şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin məşğulluğunun təmin olunması, onların sosial problemlərinin gücləndirilməsi baxımından göstərilən xidmətlərin vahid mərkəzdən həyata keçirilməsini təmin etmək məqsədilə Əlaqələndirmə Mərkəzi yaradılıb.