Sumqayıtda qənnadı məmulatları geri yığılır

965

Şəhərin ticarət şəbəkəsində müvafiq reseptura olmadan istehsal edilmiş 114 kq məhsul aşkarlanıb

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehsal bazarında monitorinqlərini davam etdirir. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Sumqayıt şəhəri, Azadlıq prospekti, 2 ünvanında Tahir Əhmədova məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı bir sıra qənnadı məmulatlarının (kişmişli pryanik, marmelad, karamel və s.) 12 aprel 2011-ci il tarixinədək müvafiq reseptura olmadan istehsal edildiyi, habelə həmin məhsulların yararlılıq müddətinin heç bir normativ sənədə əsaslanmadan təyin olunduğu müəyyən edilib.

Qanun pozuntuları ilə əlaqədar, müvafiq reseptura olmadan istehsal edilmiş 114 kq qənnadı məmulatlarının məhv edilməsi, eləcə də müəssisə tərəfindən 12 aprel 2011-ci il tarixinədək istehsal edilərək ticarət şəbəkəsinə paylanmış qənnadı məmulatlarının geri yığılması barədə Dövlət Xidməti tərəfindən sahibkar Tahir Əhmədova icrası məcburi göstəriş verilib.

Qeyd edək ki, araşdırmalar davam edir. Mənbə: ANSPRESS

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər