Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Teymur Sadıqovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, T. Sadıqov 12 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, bu il iyunun 27-də Sumqayıtda Astara rayon sakini, əvvəllər məhkum olunmuş Taleh Babazadə bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib və orada ölüb. Onu Gədəbəy rayon sakini T. Sadıqovun öldürdüyü müəyyənləşib. Qətlə yetirilən şəxs T. Sadıqovun sevdiyi qızın keçmiş sevgilisi olub. (APA)