Sumqayıtda qətl törədən şəxs xəstəxanaya göndərilib

1523

u gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Məqsud Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə müdafiə tərəfi vəsatətlə çıxış edərək, M. Əliyev barəsində təkrar stasionar ekspertiza təyin edilməsi haqqında vəsatət qaldırıb.

Məhkəmə vəsatəti təmin edib və M. Əliyevin 1 saylı psixiatriya xəstəxanasına göndərilməsi haqqında qərar qəbul edib.

 Qeyd edək ki, hadisə ötən ilin avqustunda Abşeron rayonunun Saray qəsəbəsi, “Üzümlük” adlanan ərazidə qeydə alınıb.

Belə ki, həmin ərazidə Məmməd Sərxanova məxsus evə girən naməlum şəxs ev sahibin başına taxta ilə vuraraq öldürüb. Naməlum şəxs sonra ev sahibinin həyat yoldaşı Zeynəb Sərxanovanı hədələyərək pul tələb edib. Məqsədinə çata bilmədikdə isə qadına da xəsarət yetirərək, hadisə yerindən qaçıb.

Z.Sərxanova xəstəxanaya yerləşdirilib.

Abşeron rayon Polis Şöbəsi və prokurorluq əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində hadisənin rayon sakini, 1974-cü il təvəllüdlü Maqsud Şiri oğlu Əliyev tərəfindən törədilməsi müəyyən edilib və o saxlanılıb. Sonra onun barəsində həbs-qətimkan tədbiri seçilib.

İstintaq araşdırması zamanı məlum olub ki, Maqsud Əliyev avqustun 21-də Xırdalan şəhərində yaşayan Sevda Hüseynovanın mənzilinə basqın edib. O, qadını bıçaqla hədələyib, ondan pul və qızıl zinət əşyaları tələb edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər