Sumqayıtda qətl törədən şəxsin işi məhkəməyə göndərildi

641

2021-ci il iyunun 6-da şəhər sakini Vahid İmanlının aldığı xəsarətlər nəticəsində ölməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə şəhər prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Sumqayıt Şəhər Prokurorluğundan verilən məlumata görə, istintaqla İlkin Muxtarovun aralarında yaranan mübahisə zamanı Vahid İmanlıya zorakılıq tətbiq etməklə bədəninin müxtəlif nahiyələrindən çoxsaylı zərbələr vuraraq qəsdən öldürməsi müəyyən edilib.

İlkin Muxtarova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər