Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə şəhərin Sülh küçəsində qeydə alınıb. Belə ki, yolun keçmək istəyən 1961-ci il təvəllüdlü Mahmudov İmran Sadiq oğlunu avtomobil vurub. 61 yaşlı kişi aldığı xəsarətlərdən dünyasını dəyişib. Piyadanı vuran avtomobil hadisə yerindən yayınıb. Polis əməkdaşlarının apardığı əməliyyat axtarışları tədbirləri nəticəsində hadisəni törədən sürücü saxlanılaraq məsuliyyətə cəlb olunub.
Meyit aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.