Sumqayıtda qəza, xəsarət alanlar var – FOTO

2062

Sumqayıtda iki nəfərin ağır xəsarət alması ilə nəticələnə yol-nəqliyyat hadisəsi baş verib.

APA bildirir ki, qəza şəhərin Sülh prospektində qeydə alınıb. Belə ki, 90 CY 926 dövlət nömrə nişanlı “Renault Megane” markalı avtomobilin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini 3 nömrəli marşrut xətti üzrə hərəkət edən 50 AE 970 dövlət nömrə nişanlı “İsuzu” markalı avtobusa çırpıb. Qəza nəticəsində taksi fəaliyyəti ilə məşğul olan minik avtomobilinin sürücüsü – 1991-ci il təvəllüdlü Abıyev Elçin Sehran oğlu və onun sərnişini, 1971-ci il təvəllüdlü İsmayılova Şəkər Səfərəli qızı ağır bədən xəsarətləri alıblar. Hər iki şəxs Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər