Martın 7-si gecə saatlarında Sumqayıtda baş verən qəzada həyatını itirən Elxan Bağırov əsgərlikdən təzə gəlibmiş.
“Qafqazinfo”ya daxil olan məlumata görə, o, bu ilin əvvəlində hərbi xidməti başa vurub. 20 yaşlı Bağırov subay olub.
Xatırladaq ki, Köhnə Kotec qəsəbə sakini Ə.Nərimanzadə idarə etdiyi “TOFAŞ” markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurub. Nəticədə avtomobildəki sərnişinlərdən biri olan E.Bağırov hadisə yerində ölüb.