Qida Təhlükəsizliyi İnstitutu qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahələrdə çalışmaq istəyən, müvafiq ixtisasa yiyələnmiş ali təhsilli mütəxəssisləri əməkdaşlığa dəvət edir.
İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən verilən məlumata görə, işə qəbulla əlaqədar yanvarın 12-də saat 10:00-da Sumqayıt Şəhər Heydər Əliyev Mərkəzində namizədlərlə görüşün keçirilməsi nəzərdə tutulur.
Sumqayıt şəhəri, Abşeron, Xızı, Qubadlı və Zəngilan rayonlarından olan qida məhsulları mühəndisliyi, istehlak mallarının ekspertizası və marketinqi, metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi, aqronomluq, baytarlıq, balıqçılıq və balıqçılıq təsərrüfatı işi, zootexniklik, bitki mühafizəsi, tibbi profilaktika, kimya, biologiya, aqrokimya və torpaqşünaslıq ixtisasları üzrə təhsil almış şəxslər Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə keçiriləcək görüşdə iştirak edə bilərlər. Həmçinin Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarında entomoloq, fitohelmintoloq, herboloq, virusoloq, mikoloq, bakterioloq, molekulyar bioloq, laborant, keyfiyyətə nəzarət üzrə mütəxəssis, nümunə qəbulu üzrə mütəxəssis və kimyaçı vəzifələrində çalışmaq istəyənlər də görüşdə iştirak etmək imkanına malikdirlər.
Görüşdə iştirak edən namizədlərdən özləri barədə məlumatların əks olunduğu anket formasını (CV) gətirməsi xahiş olunur.
Müzakirə qapadılmışdır.