Sumqayıtda qızlara söz atan şəxsi öldürən kişi hökmdən narazıdır

665

Sumqayıtda qətl törədən Teymur İsmayılovun hökmündən kassasiya şikayəti verilib.

Ali Məhkəmədə keçiriləcək proses gələn il yanvarı 17-nə təyin olunub. Şikayət hakim Nazim Mövsümovun sədrliyi ilə araşdırılacaq.

İttihama görə, hadisə 2020-ci il sentyabrın 10-da 17-ci mikrorayon ərazisində baş verib. 1988-ci il təvəllüdlü Elgün İsmayılovun üzərində zorakılıq əlamətləri olan meyiti aşkarlanıb. Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib. 1989-cu il təvəllüdlü Teymur İsmayılovun mübahisə zamanı Elgün İsmayılovun baş nahiyəsinə çoxsaylı zərbələr vuraraq öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Teymur İsmayılov şübhəli qismində tutularaq istintaqa cəlb edilib. Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib. Teymur İsmayılov istintaqa ifadəsi zamanı bildirib ki, hadisə taksi fəaliyyəti ilə məşğul olan zaman qeydə alınıb. Belə ki, Elgün İsmayılov maşını ilə hərəkət edərkən ətrafda dayanan xanımlara söz atıb. Bundan sonra Teymur Elgünə etdiyi hərəkətin yanlış olduğu deyib. Tərəflər arasında yaranan mübahisə sonda Elgünün qətlə yetirilməsi ilə nəticələnib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Teymur İsmayılov 10 il müddətinə həbs olunub. Sumqayıt Apellyasiya Məhkəməsi onun apellyasiya şikayətini təmin etməyib. Ali Məhkəmə isə aşağı instansiya məhkəməsinin çıxardığı qərarı tamamilə ləğv edib. İş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib. pravda.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər