Sumqayıtda qonşu qonşusunu bıçaqladı

658

Bu gecə Sumqayıtda bıçaqlanma hadisəsi baş verib. Sumqayıt şəhər Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, bıçaqlanma qonşular arasında ailə münaqişəsi zəmnində baş verib. Belə ki, Cəbrayıl rayonundan məcburi köçkün olan 50 yaşlı Məhəmməd Məhəmmədəli oğlu Eyvazov özü kimi köçkün olan qonşusu 25 yaşlı Ramin Asəf oğlu Musayevə 5-6 bıçaq zərbəsi endirib. Nəticədə Ramin Musayev ağır vəziyyətdə Sumqayıt şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

İdarədən verilən məlumata görə, hadisənin baş verməsinə ailədaxili münasibətlərdə yaranan mübahisə baş verib. Onlar arasında mübahisənin baş vermə səbəbləri hələlik heç bir tərəfdən açıqlanmır.

Qeyd edək ki, faktla əlaqədar Cinayət Məcəlləsinin 126.1 maddəsilə cinayət işi açılıb. İstintaq davam edir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər