Bu gün respublikamızın şəhər və kəndlərində müşahidə edilən abadlıq-quruculuq işləri Sumqayıtda da özünü qabarıq şəkildə büruzə verir. Prezident İlham Əliyevin imzaladığı dövlət proqramlarından, fərman və sərəncamlarından irəli gələn vəzifələrin böyük əzm və bacarıqla həyata keçirilməsi şəhərin uğurlarını şərtləndirən əsas məqamlardır.Hazırda uzunluğu 11 kilometr olan Səməd Vurğun küçəsi da yenidən qurulur,Bayraq Muzeyi və Yeni Azərbaycan Partiyasının inzibati binasında son tamamlanma işləri aparılır, yaşayış binaların girişiləri ,pilləkən qəfəsləri eləcə də fasadları təmir edilir,dam örtükləri yenilənir.
Son illərdə ölkə başçısı tərəfindən aparılan məqsədyönlü islahatlar Azərbaycanın bütün regionlarında, o cümlədən Sumqayıtda da insanların rifahının yaxşılaşması ilə müşayiət olunub, tikinti quruculuq işləri uğurla reallaşdırılıb.
Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatı üçün yeni inzibati binada işlər yekunlaşmaq üzrədir. 6-cı mikrorayonu ərazisində tikilən bina ümumilikdə 3500 kvadratmetr sahəni əhatə edəcək. Təşkilatın hazırda fəaliyyət göstərdiyi bina qəzalı vəziyyətdədir.Iki mərtəbədən və mansarddan ibarət inzibati binanın foyesində ümummilli lider Heydər Əliyevin büstü qoyulub.Burada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və fəaliyyətini, həmçinin YAP-ın müxtəlif tədbirlərində iştiraklarını əks etdirən fotolardan ibarət guşələr yaradılacaq.Müasir avadanlıqla təchiz ediləcək ikimərtəbəli binada 300 nəfərlik konfrans zalı, iş və texniki otaqlar da olacaq.Sumqayıt Bulavarında Bayraq Muzeyinin də inşasında son tamamlanma işləri aparılır.Iki mərtəbədən ibarət olacaq muzeyin tikilməsində əsas məqsəd cəmiyyətdə vətənpərvərlik ruhunun daha da yüksəldilməsinə təkan verməkdir.Binada müasir havalandırma və işiqlandırma sistemi quraşdırılıb. Muzeyin fasad hissəsi aqlay daşlarla üzlənib.
Sumqayıtda yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsi ilk növbədə əhalinin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən əsaslı tədbirlərdəndir. Şəhər daxili küçələrin, eləcə də məhəllədaxili yolların asfaltlanması işləri mərhələli şəkildə davam edir.4 kilometrlik Kooroğlu küçəsi yenidənqurmadan sonra artıq şəhər sakinlərinin istifadəsinə verilib. Uzunluğu 11 kilometr olan,uzun illərdən bəri təmir olunmayan Səməd Vurğun küçəsi yenidən qurulur. Əraziyə lazımi sayda qüvvə cəlb olunub. İşlərin yaxın vaxtlarda yekunlaşdırılması planlaşdırılır. Küçənin yenidən qurulması təkcə sakinlərin işini deyil,eləcə də bu yolun ətrafında yerləşən kimya müəssisələrinin,zavodların yük və sərnişin daşınmasındakı rahatçılğını xeyli yaxşılaşdıracaq.Sumqayıt şəhər İcra Hakimiyətinin,şəhər Gigiyena və Epidomologiya Mərkəzinin birgə səyi nəticəsində şəhər əhalisinin sağlamlığının qorunması və bu sağlamlığa təsir edən ətraf mühit amilərinin mənfi nəticələrinin aradan qaldırılması istiqamətində kütləvi dezinfeksiya işləri aparılır.
Şəhərdəki yaşayış binalarının 5 min giriş qapısı var ki,bunların yarıdan çoxunda ağartma işləri aparılıb və girişlərə yeni kodlu seyf qapılar quraşdırılıb. Hazırda Sumqayıt şəhərində yaşayış binaların dam örtüklərinin dəyişdirilməsi və fasadlarn üzlənməsi işləri də sürətlə davam edir.Qeyd edək ki,Sumqayıtın mənzil fonduna cəmi 1364 yaşayış binası daxildir. Şəhərdə gedən quruculuq-abadlıq işləri nəticəsində bu günə qədər şəhər üzrə 600-ə yaxın binanın dam örtüyü metal kirəmit örtüklə əvəzlənib.
Sumqayıtda quruculuq abadlıq işləri sürətlə davam edir – VİDEO
•
1429
sumqayitxeber.com AZTV-nin Sumqayıt şəhərindən hazırladığı VİDEOREPORTAJI təqdim edir: