Sumqayıt şəhər Cümə məscidinin təşəbbüsü və Sumqayıt Tibb Mərkəzinin (STM) təşkilatçılığı ilə Ramazan bayramı münasibətilə şəhərin aztəminatlı ailələrinin uşaqları üçün sünnət xeyriyyə aksiyası keçirilib.
Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq xəstəxanasında cərrahlar tərəfindən uşaqlara ambulator baxış keçirildikdən sonra göstəriş üzrə “Circumcizio” (sünnət) əməliyyatı aparılıb.
Üç gün davam edən aksiyada ümumilikdə 60 uşaq sünnət edilib. Uşaqlar aztəminatlı ailələr arasından seçilib. Əməliyyatlar uğurla başa çatıb, uşaqların ailələri bu aksiyaya görə təşkilatçılara, bu işdə əməyi keçən kollektivə təşəkkür ediblər.
Sumqayıtda Ramazan bayramı münasibətilə aztəminatlı ailələrin uşaqları üçün xeyriyyə aksiyası keçirilib -FOTO
•
780