Sumqayıtda “Rənglərin dili ilə” gənc rəssamlara dəstək layihəsi start götürür

996

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən dəstəklənən “Rənglərin dili ilə” gənc rəssamlara dəstək layihəsi start götürür. Layihənin hazırlıq işləri sona çatıb, layihə çərçivəsində keçiriləcək tədbirlərdə iştirak edəcək gənc rəssamların informasiya bazası yaradılıb. Layihənin təqdimatı may ayının 4-də Sumqayıt şəhəri, 12-ci mkr, Koroğlu, 27A, Potensial mütəxəssislər birliyinin konfrans zalında keçiriləcək.

“Rənglərin dili ilə” gənc rəssamlara dəstək layihəsi Sumqayıt şəhərində yaşayan istedadlı gənc rəssamların əsərlərindən ibarət sərginin təşkilini və iştirakçıların rəsm əsərlərinin və bioqrafiyalarının toplanaraq dərgi halında çap edilməsi nəzərdə tutur. Layihə iştirakçıları sırasında bundan əvvəl sərgilərdə və mətbuatda əsərləri sərgilənənlərdən daha çox bu günədək yaradıcılığı ictimailik qazanmayanlar üstünlük təşkil edəcək.

Layihənin icraçısı Vüsal Məmmədovun SİA-ya verdiyi məlumata görə, layihənin məqsədi gənc rəssamların istedadlarının üzə çıxarılması, onların stimullaşdırılması və rəssamlıq sənətinin inkişafına fayda verməkdir. Gənclərin əsərlərindən ibarət sərginin təşkili və onların əsərləri ilə yanaşı  bioqrafiyalarının da daxil olduğu dərginin çapı gənc rəssamların fəaliyyətlərini kütləvişləşdirəcək, onlara populyarlıq qazandıraraq fəaliyyətlərini bir qədər də stimullaşdıracaq, eyni zamanda yeni gənclərin bu sahəyə marağının artıracaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər