Sumqayıtda “Sağlam Gənclik üçün Narkomaniyaya Yox Deyək” devizi altında görüş keçirilib – FOTO

2286

Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Üzrə Komissiyanın 2018-ci il üçün nəzərdə tutulmuş Tədbirlər Planına əsasən Gənclər və İdman Baş İdarəsi, Sumqayıt Polis İdarəsi, Narkoloji Dispanser Təhsil şöbəsi və Gənclər Evinin birgə təşkilatçılığı ilə Gənclər Evində narkomaniyaya qarşımübarizə istiqmətində şəhərin orta ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında “Sağlam Gənclik üçün Narkomaniyaya Yox Deyək” devizi altında maarifləndirici xarakterli görüş təşkil edilib.

Əvvəlcə qonaqlar sərgi salonunda yeniyetmə və gənclərin əl işlərindən ibarət rəsm sərgisinə baxış keçiriblər.

Sonra binanın akt zalında iştirakçılar Baş İdarənin təqdim etdiyi və narkomaniyanın ağır fəsadlarını özündə əks etdirən filmi izləyiblər.

Tədbiri giriş sözü ilə açan Baş İdarənin rəis əvəzi Mübariz Bəşirov çıxışında bəşəriyyət üçün ən böyük bəlalardan olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizənin bu gün xüsusilə aktual xarakter daşıdığını, narkomaniya əleyhinə aparılan tədbirlərin hər zaman ölkə, Gənclər və İdman Nazirliyi və şəhər rəhbərliyinin diqqət mərkəzində olduğunu və bu istiqamətdə mühüm tədbirlər həyata keçirildiyini bildirib.

Digər çıxış edənlər Sumqayıt Polis İdarəsinin Narkotiklərlə Mübarizə Şöbəsinin əməkdaşı Asəm Eyvazov, Narkoloji Dispanserin həkimi Vüsal Cabbarov çıxışlarında Azərbaycanda narkotizmlə və narkobizneslə mübarizənin əsasının Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 18 iyun 1999-cu il tarixli Qanunu ilə qoyulduğunu və ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş 2017 – 2021-ci illər üçün Dövlət Proqramı ilə bu istiqamətdə mübarizəsinin davam etdiyini qeyd ediblər. Aparılan uğurlu siyasətin nəticəsi olaraq son illər Respublikamızda narkotik vasitələrə və bihuşedici maddələrə qarşı mübarizənin xeyli gücləndiyini, bu sahəyə cavabdeh olan dövlət orqanları ilə yanaşı, QHT-lər, ictimai təşkilatların da fəallığının artırıldığını vurğulayıblar.

Həmçinin çıxışlarda Sumqayıt şəhərində narkomaniya əlehinə keçirilən tədbirlər barədə, yeniyetmə və gənclərlə narkomanların taleyi, narkomaniyanın fəsadları və nəticələri haqqında, ondan qorunmağın yolları, şəhərdə bu dəhşətli bəla ilə mübarizə istiqamətində birgə əməkdaşlığın vacibliyi, görülən işlər barədə məlumatlar verilib.

Sonda mövzu ətrafında tələbələrlə fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb və Baş İdarənin hazırladığı bukletlər iştirakçılara paylanılıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər