Sumqayıtda “Sağlam həyat uğrunda” devizi altında əhalinin profilaktik müayinələri davam etdirilir

1050

 

“Sağlam həyat uğrunda” devizi altında respublika əhalisinin dekabr ayının 1-dən 31-dək profilaktik tibbi müayinəsi aylığı davam etdirilir. Bununla əlaqədar Sumqayıt şəhərində müvafiq tədbirlər elə ilk gündən həyata keçirilməsinə başlanmışdır.

 

Profilaktik tibbi müayinələr bütün tibb müəssisələrində aparılır. “Sağlam həyat uğrunda” aylığın elə ilk günündə dekabr ayının 1-də H.Zeynalabdin qəsəbəsində, növbəti səyyar tibbi müayinə isə dekabrın 8-də “Sumqayıt stansiyası” ərazisində aparılmışdır. Tədbirlərdə 40-dək tibb işçisi, o cümlədən 20-dək həkim-mütəxəssis iştirak etmiş, sakinlərə laboratoriya analizləri, ultrasəs müayinəsi, elektrokardioqrafiya olunmuşdur. Səyyar müayinələrdə 700-dən artıq şəxsə 2400 tibbi müayinə aparılmışdır. Aylıq ərzində tibb müəssisələrində aparılan müayinələrlə yanaşı, şəhərin ucqar, məcburi köçkünlərin sıx məskunlaşdığı ərazilərdə belə səyyar tibbi müayinələr davam etdiriləcəkdir

Sumqayıt şəhər Səhiyyə şöbəsi

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər