Sumqayıtda sağlamlıq imkanları məhdud şəxslər üçün YENİ LAYİHƏ

1380

“Ülvi – aztəminatlılara dəstək” ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyə dəstəyi ilə icra etdiyi “Sağlamlıq imkanları məhdud olan şəxslərin cəmiyyətə inteqrasiyası və onların problemlərinin həllinə dəstək istiqamətində tədbirlərin təşkili” layihəsi çərçivəsində tədbirlərini davam etdirir.

Xatırladaq ki, bu layihənin əsas məqsədi sağlamlıq imkanları məhdud şəxslərin problemlərini cəmiyyətin diqqətinə çatdırmaq, xüsusilə sərbəst hərəkət məhdudluğu olan uşaqların, əlillərin küçə və xiyabanlarda sərbəst hərəkəti, sosial, mədəni, inzibati, infrastruktur obyektlərinə sərbəst daxil olmaq imkanlarını artırmaq, həmçinin onların problemlərinin həllində cəmiyyətin dəstəyinə nail olmaq, sağlamlıq imkanları məhdud uşaqların təhsil almaq imkanları və vəziyyətini öyrənmək, bütövlükdə əlillərin, sağlamlıq imkanları məhdud şəxslərin cəmiyyətə və sosial həyata inteqrasiya olunmasına nail olmaqdır.

Layihədə nəzərdə tutulan növbəti tədbir bir qrup əlil və sağlamlıq imkanları məhdud uşaqların Sumqayıt şəhərinin park və xiyabanlarında gəzintisinin təşkili idi. Bu gün Birliyin təşəbbüsü ilə bir qrup əlil və sağlamlıq imkanlı məhdud olan uşağın Sumqayıt şəhərində Heydər Parkında, H.Əliyev prospektindəki xiyabanda gəzintisi təşkil olundu. Gəzinti zamanı onların bir-biri ilə, eləcə də şəhər sakinləri ilə təmas qurmasına, yaşıdlarına qaynayıb-qarışmasına şərait yaradıldı. Gəzinti zamanı çoxlu xatirə şəkilləri çəkildi.

Sonda isə H.Əliyev prospektindəki DƏF kafesində əlil və sağlamlıq imkanları məhdud uşaqlar üçün şam yeməyi və çay süfrəsi təşkil olundu.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər