Sumqayıtda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılır

853

Bu gündən etibarən sahibkarlıq subyektləri müvəkkil kredit təşkilatları vasitəsilə fonda müraciət edə bilərlər

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Sumqayıt şəhərində prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, fond dekabrın 24-də Sumqayıt şəhərində “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirib.

Tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, SKMF tərəfindən Sumqayıt şəhəri üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

– müasir tələblərə cavab verən yüngül sənaye sahələrinin yaradılması və ya yeni texnologiyaların tətbiqi ilə yenidən qurulması;
– müasir tələblərə cavab verən çörək istehsalı müəssisəsinin yaradılması və ya yeni texnologiyaların tətbiqi ilə yenidən qurulması, istixana (istixana şəraitində faraş tərəvəz istehsalı) və broyler (ətlik istiqamətli quşçuluq) təsərrüfatlarının yaradılması.

Bu gündən etibarən sahibkarlıq subyektləri müvəkkil kredit təşkilatları vasitəsilə fonda müraciət edə bilərlər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər