Sumqayıtda “Şahin” hərbi-idman oyununun qalibi müəyyən oldu

1446

Sumqayıt şəhərində yerləşən “N” saylı hərbi hissədə şəhər Gənclər və İdman Baş İdarəsi və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “Şahin” hərbi-idman oyununun şəhər birinciliyi keçirilmişdir.
Tədbirdə çıxış edən Baş İdarənin rəisi Elgün Hümbətov “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının müvafiq bəndlərinə uyğun olaraq bu kimi hərbi-idman oyunlarının mütəmadi olaraq keçirilməsinin yeniyetmə və gənclərdə vətənpərvərlik tərbiyəsinin gücləndirilməsində, ordu sıralarına hazırlanmasında mühüm əhəmiyyət kəsb etdiyini və gənclərin vətənə sədaqət, müstəqil dövlətçilik ənənələrinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunmasının Baş İdarənin fəaliyyət istiqamətlərindən birini təşkil etdiyini vurğulamışdır.

Qeyd olundu ki, Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrə göstərdiyi diqqət və qayğının nəticəsində ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırılmış, peşəkar və vətənpərvər şəxsi heyət formalaşdırılmış və Azərbaycan ordusu Cənubi Qafqazın ən güclü ordusuna çevrilmişdir.
Yarışın səkkiz mərhələsi üzrə gedən gərgin mübarizədən sonra Təbiət Elmləri Təmayüllü Gimnaziyanın komandası şəhər birinciliyinin qalibi olmuşdur. 5 nömrəli tam orta məktəbin komandası II, Texniki və Təbiət Elmləri Liseyinin komandası III yerlərə layiq görülmüşdür. Qeyd edək ki, I yerin qalibi “Şahin” hərbi-idman oyununun Göyçay rayonunda keçiriləcək zona mərhələsində iştirak edəcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər